RU

Kobaxidze: “Bizi heç bir mexanizmlə qorxuda bilməzlər” – ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkəsinə qarşı beynəlxalq təzyiq cəhdlərinə sərt reaksiya verib. O, Brüssel, Praqa və ya Haaqa məhkəməsi ilə bağlı iddiaların Gürcüstan hökuməti üçün heç bir əhəmiyyət kəsb etmədiyini bildirib.

Kobaxidze vurğulayıb ki, nə Moskva, nə Brüssel, nə də Haaqa mexanizmləri Gürcüstanı qorxuda bilməz. Baş nazir Haaqa məhkəməsi ilə bağlı sualları "absurd" adlandıraraq, ölkənin yalnız sabit inkişafa kökləndiyini deyib.

O, 14 gün ərzində bir ekspert tərəfindən yazılan 100 səhifəlik sənədi hüquqi deyil, "boş siyasi rəy" adlandırıb və onun Gürcüstan cəmiyyəti üçün heç bir dəyərinin olmadığını qeyd edib.

Baş nazir media azadlığından danışan bəzi Qərb ölkələrini Gürcüstan mediasını susdurmağa çalışmaqda ittiham edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
28
olaylar.az

1Источники