RU

Ötən il ilkin gəlirlər balansında kəsir 27%-dən çox azalıb

Bakı. Trend:

2025-ci ildə ilkin gəlirlər balansında neft-qaz sektoru üzrə 2.6milyard dollar kəsir, qeyri-neft-qaz sektoru üzrə isə 0.6 milyarddollar profisit olub. Nəticədə ilkin gəlirlər balansında kəsir27.4% azalaraq 2.0 milyard dollar təşkil edib.

Trend bu barədəAzərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, ilkin gəlirlər üzrə daxilolmaların və ödənişlərinümumi dövriyyəsi 7.8 milyard dollar olub:"Bunun 62.8%-ini 4.9milyard dollar olmaqla Azərbaycandan qeyri-rezidentlərə ödənişlərtəşkil edib. Bu məbləğin isə əsas hissəsini (3.4 milyard dollar)xarici investorların payına düşən gəlirlərin repatriasiyası (ocümlədən 3.0 milyard dollar beynəlxalq neft-qaz konsorsiumları üzrəəsasən xam neft və təbii qaz şəklində repatriasiya), qiymətlikağızlar portfeli üzrə qeyri-rezidentlərə ödənilən

faizlər (249.6 milyon dollar), xarici kreditlərdən istifadəyəgörə ödənilən faizlər (478.9 milyon dollar) və digər ödənişlər(736.8 milyon dollar) təşkil edi".

"Digər ödənişlərin böyük hissəsi (445.1 milyon dollar) ölkəiqtisadiyyatına yenidən investisiya (Azərbaycanda qazanılangəlirləri ölkəyə təkrar investisiyası) formasında daxil olduğu üçünbirbaşa xarici investisiyalar
maddəsində nəzərə alınıb", - əlavə edilib.

Məqalədə:
Избранный
16
3
az.trend.az

5Источники