RU

İran onları edam etməyə hazırlaşır

Modern.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

İranda ABŞ və İsrailə casusluqda ittiham olunanlar ölüm cəzası ilə üzləşəcəklər,

Modern.az xəbər verir ki, bu barədə İran İslam Respublikası Ali Məhkəməsinin baş hakimi Qulam Hüseyn Möhsəni-Ejei xəbərdarlıq edib.

"ABŞ və İsrailin təcavüzkar rejimləri ilə əməkdaşlıq edən müəyyən şəxslərlə əlaqəli aktivlərin müsadirə edilməsi və dondurulması barədə məhkəmə qərarı verilib. Bu bənddə nəzərdə tutulan digər bir cəza isə ölüm cəzasıdır. Bu, məhkəmədən sonra günahkar bilinənlərə qanuni cəzalardan biri kimi tətbiq ediləcək. Xalqın təhlükəsizliyini təhdid etməyə çalışan bütün ünsürləri xəbərdar edirik ki, əgər onlar təhlükə yaratmağa cəhd etsələr, qəti qanuni tədbirlərlə üzləşəcəklər. Heç bir güzəşt olmayacaq", - deyə o, bildirib.

Qeyd edək ki, 15 martda İran Polis Rəisi general Rza Radan hüquq-mühafizə orqanlarının 28 fevraldan bəri düşmənlə əməkdaşlıq etməkdə şübhəli bilinən 500 nəfəri saxladığını açıqlayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
26
modern.az

1Источники