RU

Bakıda yaşayış binasında baş verən yanğın söndürüldü - VİDEO - YENİLƏNİB

Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən yaşayış binasının şaxtasında baş vermiş yanğın Fövqəladə Halar Nazirliyinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
 
Nazirlikdən Moderator.az-a verilən xəbərə görə, təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib.
 
Əlavə məlumat veriləcək.

 

11:33
 
Bakıda yaşayış binasında yanğın baş verib.
 
Bu barədə Moderator.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
 
Bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
 
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb edilib.
 
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
 
 
Избранный
18
6
moderator.az

10Источники