RU

Azərbaycanın əmtəə ixracı 7%-dən çox azalıb

Bakı. Trend:

2025-ci ildə Azərbaycandan əmtəə ixracı 7.4 % azalaraq 24.1milyard dollar təşkil edib.

Trend bu barədəAzərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, dövr ərzində əsasən dünya bazarlarında xam neftinvə təbii qazın qiymətlərinin əlverişli olması şəraitində neft-qazsektoru üzrə ixracın həcmi 20.6 milyard dollar olub.

"İxrac olunmuş neft-qaz məhsullarının (20.6 milyard dollar) 12.6milyrd dolları xam neftin, 7.3 milyard dolları təbii qazın, 0.7milyard dolları isə neft emalı məhsullarının payına düşür. 2025-ciil üzrə qeyri-neft-qazixracı isə 7.0% artaraq 3.5 milyard dollarolub", - məlumatda qeyd edilib.

Məqalədə:
Избранный
32
1
az.trend.az

2Источники