RU

Bayram günlərində ətin qiyməti bahalaşacaq? - Ekspert açıqladı

Bayram günlərində ət bazarında qiymət artımı ilə bağlı narahatlıqlar yenidən gündəmə gəlib. Xüsusilə bayram ərəfəsində tələbatın artması fonunda qiymətlərin dəyişməsi alıcıların diqqətini çəkir.

Mövzu ilə bağlı Missiya.Az-a danışan iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, bayram günlərində ətin qiymətinin qalxması kifayət qədər realdır.

Onun sözlərinə görə, bu dövrdə tələb kəskin artır və xüsusilə qurban və digər bayramlarda insanlar daha çox ət alır ki, bu da bazarda əlavə təzyiq yaradır.

Ekspert qeyd edib ki, əgər təklif eyni səviyyədə qalarsa və ya logistika, yem xərcləri kimi faktorlar artıq bahalaşıbsa, satıcılar qiymətləri qaldıra bilər.

Onun fikrincə, bəzi hallarda bu artım müvəqqəti xarakter daşıyır və bayramdan sonra qiymətlər yenidən nisbətən sabitləşir.

Akif Nəsirli vurğulayıb ki, ümumilikdə qısa müddətli və mövsümi bahalaşma ehtimalı yüksəkdir. Lakin uzunmüddətli ciddi qiymət artımı daha çox ümumi iqtisadi faktorlarla bağlı olur.

Seyranə QuliyevaMissiya.Az

Избранный
27
missiya.az

1Источники