RU

İraq və İran Hörmüz boğazından neft tranziti ilə bağlı razılığa GƏLDİ

ain.az, Redaktor.az portalına istinadən məlumat yayır.

İraq İranla tankerlərinin Hörmüz boğazından keçməsinə razılıq verib.

Redaktor.az xəbər verir ki, bu barədə "Associated Press" İraqın neft naziri Hayan Abdullah Qaniyə istinadən məlumat yayıb.

Bildirilib ki, İraq artıq öz neftinin bağlı boğazdan tranzitinə icazə almaq üçün İran hakimiyyəti ilə danışıqlar aparıb və tərəflər razılığa gəlib. Danışıqların əlavə təfərrüatları açıqlanmayıb.

Qeyd olunub ki, Abbas Əraqçi eyni dövrdə Tehranın bir sıra ölkələrlə gəmilərinin Hörmüz boğazından təhlükəsiz keçməsi məsələsini müzakirə etdiyini açıqlayıb.

Aminə ŞAHSUVARQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
23
1
redaktor.az

2Источники