RU

AFFA İntizam Komitəsi “Neftçi”ni azarkeşlərinə görə 8000 manat cərimələyib

AFFA İntizam Komitəsi “Neftçi” klubunu 8000 manat cərimələyib.

İdman.Biz xəbər verir ki, bu barədə Komitənin bu gün keçirilən iclasında qərar qəbul edilib.

Buna səbəb Azərbaycan Premyer Liqasında 24-cü turunda “Qəbələ” ilə oyunda “Neftçi” komandasının azarkeşləri tərəfindən rəqib futbolçunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirilməsi və bu halın cari mövsümdə altıncı dəfə təkrarlanmasıdır.

Həmçinin, “Qəbələ” komandasının meydançaya gec çıxdığı üçün 3000 manat cərimələnib.

“İmişli” - “Sabah” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə “İmişli” komandası 5000 manat ziyana düşüb.

İdman.Biz
Избранный
59
1
idman.biz

2Источники