RU

İranın Bəsic milis qüvvələrinin rəhbəri İsrail aviazərbəsi nəticəsində həlak olub (FOTO)

Bakı. Trend:

İsrail Müdafiə Qüvvələri ötən gecə İrana endirilən zərbələrinbirində İranın Bəsic (milis qüvvələr) Təşkilatının rəhbəriQulamreza Süleymaninin həlak olduğunu təsdiqləyib.

Trend xəbər verirki, bu barədə “Times of İsrael” yazır.

Suleymaninin Bəsic tərəfindən qurulmuş çadır düşərgəsindəolarkən hədəfə alındığı qeyd edilir. IDF-in məlumatına görə, Bəsichəmin düşərgəni təşkilatının bir çox qərargahlarının vurulmasındansonra qurmaq məcburiyyətində qalıb.

Bundan əlavə, aviazərbə nəticəsində Bəsic təşkilatı rəhbərininmüavini və digər yüksək rütbəli rəsmilərin də öldürüldüyü qeydedilir.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlıdanışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldanetibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Bunacavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-ninregion ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücumedib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali LideriAyətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilərölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə AyətullahSeyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü AliLideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək YaxınŞərqin müxtəlif ölkələrini əhatə edib.

ABŞ tərəfinin itkisinin 13 ölü, 140-dan çox yaralı olduğubildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyəçağırıb.

İranın
Məqalədə:
Избранный
38
10
az.trend.az

10Источники