RU

“Qol vurduğum anda sanki onu qarşımda gördüm” – Mahirdən emosional açıqlama

Almaniya 2-ci Bundesliqa təmsilçisi “Kayzerslautern”də çıxış edən Azərbaycan millisinin üzvü Mahir Emreli ötən gün qol vurduqdan sonra klubun saytına açıqlama verib.  

NOCOMMENT.az xəbər verir ki, komandasının 3:0 hesabı ilə qalib gəldiyi matçda vurduğu qolu emosional qeyd etməsi barədə danışıb:

“Bu qol mənim içimdə bir çox hisslər yaratdı. Yaxınlarda dayım oğlu vəfat etmişdi. Vurduğum qol onunla son dəfə vidalaşmaq idi. Fərqləndiyim anda sanki onu qarşımda gördüm. Çox emosiyalar yaşandı və bu qol həm şəxsi, həm də peşəkar həyatım üçün çox gözəl və önəmli oldu”.


Избранный
26
2
nocomment.az

3Источники