RU

Azərbaycanlı diplomat Türkiyədə bələdiyyə sədrinə avtomobil hədiyyə etdi

ain.az bildirir, Gununsesi portalına istinadən.

Kars Bələdiyyə Başçısı Prof. Dr. Ötüken Senger iki ildir ki, bələdiyyəyə məxsus rəsmi avtomobil olmadığı üçün şəxsi avtomobilini istifadə edirdi.

Gununsesi.info xəbər verir ki, bu vəziyyəti öyrənən Azərbaycanın Kars Başkonsulu Zamin Əliyev Kars Bələdiyyəsinə 2013-cü il model Mercedes markalı avtomobili hədiyyə edib.

Ötüken Senger hədiyyəyə görə təşəkkür edərək deyib ki, Əliyev bu jesti “Biz qardaşıq; hər çətinlikdə bir-birimizin yanında olmalıyıq” sözləri ilə edib.

Baş konsul isə “Kars bizim üçün çox qiymətli şəhərdir. Biz bunu hədiyyə yox, qardaş köməyi hesab edirik” ifadəsini işlədib.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
30
icma.az

1Источники