Bu gün “Azərxalça” ASC ilə “Qarabağ” Futbol Klubu arasında əməkdaşlıq memorandumu imzalanıb.
QOL.az-ın xəbərinə görə, bununla bağlı tədbirə komandanın futbolçuları da qatılıb.
Tədbirdə maraqlı anlar yaşanıb. “Qarabağ”ın futbolçusu Kevin Medina azərbaycanlı xanımdan xalça toxumağın sirlərini öyrənib.