ain.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
17 mart 2026-cı il tarixdə Ağsu rayonu Rəhimli kəndində Azərbaycan Respublikasının Milli Qəhrəmanı Ramazanov Şamil Ağasəf oğlunun anım günü tədbiri keçirilib.
Redaktor.az xəbər verir ki, tədbirdə Ağsu Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatının, SHXÇDX-nin Ağsu rayon şöbəsinin nümayəndələri, şəhid ailələri və kənd sakinləri iştirak ediblər.
Tədbir iştirakçıları ilk öncə Milli Qəhramanın Ağsu rayonu Rəhimli kənd qəbristanlığında yerləşən məzarını ziyarət edib, məzarı üzərinə gül dəstələri düzərək ruhuna dualar oxuyublar.
Daha sonra tədbir Rəhimli kənd mədəniyyət evində davam etdirilib.
Tədbirdə əvvəlcə müasir və müstəqil Azərbaycanın qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şirin canlarından keçmiş vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Tədbirdə çıxış edənlər Milli Qəhrəman Şamil Ramazanovun həyat və döyüş fəaliyyəti barədə geniş məlumat verərək, Milli Qəhramanın həyatının bu günki gənclərə bir örnək olduğunu, belə tədbirlərin gənclərin vətənpərvərlik tərbiyəsində böyük önəm daşıdığını xüsusi qeyd ediblər.
Daha sonra məktəblilər torpaqlarımızın azadlığı uğrunda igidliklə döyüşən, bu yolda canlarından keçən şəhidlərimizə həsr olunan şeirlər söyləyiblər.
Sonda Milli Qəhrəmanın qardaşı Ziya Ramazanov dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.