RU

Xamenei atəşkəs təkliflərini rədd edib - KİV

Bakı. Trend:

İranın Ali Rəhbəri ayətullah Müctəba Xamenei danışıqlarprosesində vasitəçi rolunu oynamış iki ölkə tərəfindən Tehranaünvanlanmış gərginliyin azaldılması və ya ABŞ və İsrail ilə atəşkəsbarədə təklifləri rədd edib.

Bu barədə Trendxarici KİV-ə istinadən xəbər verir.

“Reuters” adı açıqlanmayan yüksək vəzifəli iranlı məmuraistinadən xəbər verir ki, Xamenei xarici siyasətlə bağlı ilkgörüşündə ABŞ və İsrailə qarşı “sərt və ciddi” mövqe nümayişetdirərək “qisas” tələb edib.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlıdanışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldanetibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Bunacavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-ninregion ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücumedib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali LideriAyətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilərölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə AyətullahSeyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü AliLideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək YaxınŞərqin müxtəlif ölkələrini əhatə edib.

ABŞ tərəfinin itkisinin 13 ölü, 140-dan çox yaralı olduğubildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyəçağırıb.

Məqalədə:
Избранный
14
4
az.trend.az

10Источники