RU

"Çalışacağıq ki, ən azı öz yerimizdə - 2-ci sırada qalaq" - Nəcəfov "Mingəçevir"lə oyundan nə gözləyir?

Bu həftə Azərbaycanın futbol üzrə 1-ci Liqada 3-cü dövrə start götürəcək. Lider "Şəfa"nın ən yaxın təqibçisi "Baku Sportinq" 19-cu tur çərçivəsində "Mingəçevir"i qəbul edəcək. Buzovna təmsilçisinin məşqçisi Röyal Nəcəfov ilə əlaqə saxlayıb prisnipial matçdan nə gözlədiyini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Yalnız "Mingəçevir"lə qarşılaşmanı deməzdim, biz hər oyuna qələbə üçün çıxırıq. Artıq 3-cü dövrə başlayır. İrəlidə 9 oyunumuz qalıb. Bütün görüşlər çətin olacaq. Bizim üçün bu 9 oyunun hər biri final matçıdır. Çalışacağıq ki, bu oyunlarda maksimum nəticə göstərib ən azı öz yerimizdə - 2-ci sırada qalaq, mümkünsə, 1-ci pilləyə yüksələk". 

Qeyd edək ki, "Baku Sportinq" - "Mingəçevir" qarşılaşması martın 18-də baş tutacaq. Buzovna qəsəbə stadionunda keçiriləcək görüşün start fiti 15:00-da səslənəcək. "Baku Sportinq" 36 xalla 2-ci pillədə mövqe tutubsa, 32 xala malik "işıqçılar" 4-cü sırada qərarlaşıblar.

Toğrul 

Избранный
25
1
fanat.az

2Источники