RU

ABŞ nin 4 milyona vurduğu “Şahed” i Ukrayna 10 minə vurur Zelenski təkliflərini açıqladı

ain.az bildirir, Azpolitika.az portalına istinadən.

Rusiya öz resurslarını yenidən bölüşdürmək qərarına gəlib və nəticədə raket istehsalını azaldıb, hücum dronları istehsalını isə artıb. 

“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “New York Post” qəzetinə verdiyi müsahibədə deyib.

"Rusiya raket istehsalını azaldır və dron istehsalını artırmağa sərmayə qoyur. Bu gün Rusiyanın Ukraynaya hücumu gündə 350-500 dronla həyata keçirilir. Rusiya 2026-cı ildə bunu gündə 600-800 drona çatdırmaq istəyir, lakin onların ümumi məqsədi gündə 1000 drondur. Bu sayda dronların öhdəsindən gəlmək üçün ən azı 2000-3000 tutucu dron lazımdır", - deyə dövlət başçısı qeyd edib.

Eyni zamanda, Zelenski Ukrayna təcrübəsinin üstünlüklərindən danışıb: "Bir tutucu dron 3000-5000 dollara başa gəlir, yəni bir “Şahed”i vurmaq təxminən 10.000 dollara, “Patriot” üçün bir raket isə 4 milyon dollara başa gəlir. Ukrayna dronu vurmaq üçün 10.000 dollar, Yaxın Şərq ölkəsi isə 4 milyon dollar xərcləyir".

Zelenski deyib ki, minlərlə “Patriot” raketi on minlərlə “Şahed”-i dayandıra bilməz: "Belə bir dron bir “Patriot” raketindən 40 dəfə ucuzdur. Buna görə də, istehsal müddəti və raketin dəyəri baxımından dronlarla rəqabət aparmaq mümkün deyil".

Zelenski deyib ki, Ukrayna öz təcrübəsini bölüşməyə hazırdır, onun raket əleyhinə sistem istisna olmaqla, tam hava hücumundan müdafiə sistemi var: “ABŞ-nin əla anti-ballistik raket sistemləri var. Bu iki qüvvəni birləşdirməklə, kütləvi hücuma məruz qalan istənilən ölkənin üzərindəki səmanı bağlaya, təkcə mülki şəxsləri və hərbçiləri deyil, həm də vacib obyektləri qoruya bilərik. Dronların gələcəkdə mənzil məhdudiyyəti yoxdur. Bu gün onlar 100 km uçurlar, sabah 1000 km, ertəsi gün isə 10000 km olacaq. Bu gün Ukrayna bu texnologiyalarda bir nömrəlidir. Əgər söhbət həqiqi təhlükəsizlik, təhlükəsizlik zəmanətləri və təcrübə mübadiləsindən gedirsə, biz açığıq”.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
77
2
azpolitika.info

3Источники