RU

İbrahim Əliyev İspaniyada lisenziya xalları üçün mübarizə aparacaq

ain.az, Idman.biz portalına istinadən məlumat verir.

Martın 16-dan 22-dək İspaniyanın Vitoriya-Qasteys şəhərində Beynəlxalq Parabadminton Turniri keçiriləcək. Bu nüfuzlu yarışda ölkəmizi təcrübəli idmançı İbrahim Əliyev təmsil edəcək.

İdman.Biz xəbər verir ki, təmsilçimiz İspaniyada həm fərdi, həm də qoşa yarışlarda gücünü sınayacaq. Gənc idmançımızı turnir zamanı baş məşqçi Teymur Abbasov müşayiət edir.

Qeyd edək ki, bu turnir parabadmintonçular üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, yarış iştirakçıları Los-Anceles-2028 Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandırmaq imkanı əldə edirlər.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
53
1
icma.az

2Источники