RU

Avropa Trampa qarşı birləşir: Təklif edəcəyimiz heç nə yoxdur

Finlandiya prezidenti Aleksandr Stubb ABŞ prezidenti Donald Trampın Yaxın Şərqdəki müharibə ilə bağlı tənqidləri fonunda Britaniyanın baş naziri Kir Starmeri müdafiə edib.

Publika.az xəbər verir ki, BBC-nin "Newsnight" verilişinə müsahibə verən Stubb Starmerə heyran olduğunu və Britaniyanın baş nazirinin sakitliyini qorumaq bacarığını yüksək qiymətləndirdiyini bildirib.

O əlavə edib ki, bir çox beynəlxalq liderlər Trampla münasibətlərdə həm "yaxşı", həm də "pis günlər" yaşayırlar.

Qeyd edək ki, ABŞ prezidenti Kir Starmerin Britaniyanın "daha böyük bir müharibəyə" sürüklənməyəcəyi barədə açıqlamasından sonra ondan "narazı" olduğunu bəyan etmişdi. Trampın tənqidləri həmçinin Hörmüz boğazında ABŞ-a kömək edib-etməyəcəyini hələ açıqlamayan digər müttəfiqləri də əhatə edir.

NATO müttəfiqlərinin, o cümlədən Finlandiyanın ABŞ-a qoşulmalı olub-olmaması barədə suala Stubb belə cavab verib: "Bu, qəfil hücum idi, ona görə də heç birimiz bu barədə bilmirdik. Yəqin ki, tərəddüdün və müəyyən müqavimətin yaranma səbəbi də budur".

Избранный
67
publika.az

1Источники