RU

Azərbaycana gətirilən elektromobillərin sayı açıqlanıdı

Bu ilin yanvar-fevral aylarında Azərbaycana xaricdən 204 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri gətirilib.

"Unikal" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu sayda elektromobillərin idxalının dəyəri 5,092 milyon ABŞ dolları olub.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 105 ədəd və ya 34%, dəyər ifadəsi ilə isə 3,3 milyon ABŞ dolları və ya 2,4 dəfə azdır.

Ümumilikdə, bu ilin yanvar-fevral aylarında Azərbaycana 267,4 milyon ABŞ dolları dəyərində 11 933 ədəd avtomobil idxal edilib. Avtomobil idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 4 825 ədəd və ya 28,8%, dəyər ifadəsi ilə 21,5 milyon ABŞ dolları, yaxud da 7,5% azalıb.

Dövr ərzində ölkəyə 46,7 milyon ABŞ dolları dəyərində 243 ədəd sürücü daxil olmaqla, 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri, 195,3 milyon ABŞ dolları dəyərində 10 488 ədəd əsasən adam daşımaq üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər mühərrikli nəqliyyat vasitələri idxal edilib.

Избранный
18
5
unikal.az

7Источники