RU

Nazirə daha bir müavin

Fərmanda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 1, maddə 41 (Cild I); 2024, № 2, maddə 155, № 6 (I kitab), maddə 654, № 8, maddə 948, № 12 (I kitab), maddə 1287; 2025, № 3, maddələr 224, 227, № 6, maddə 552, № 8, maddə 759) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin 5.4-cü bəndinin birinci cümləsində“beş” sözü “altı” sözü ilə əvəz edilsin".

Bu o deməkdir ki, nazirin müavinlərinin sayı 5-dən 6-ya qaldırılır.

Güman ki, dəyişiklik nazirliyin Süni İntellekt sahəsində həyata keçirəcəyi işlərlə bağlıdır. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ölkədə rəqəmsallaşma proseslərinin inkişafını təmin edən əsas dövlət qurumudur.

Nazirin digər müavinləri:

Rəhman Dursun oğlu Hümmətov(1977)
Samir Qaçay oğlu Məmmədov (1974)
Cavid Qənbər oğlu Qurbanov (1958)
Elmin Fikrət oğlu Məmmədov (1987)
Saməddin Fəxrəddin oğlu Əsədov (1985)

Избранный
87
1
azvision.az

2Источники