ain.az, Azertag portalına istinadən məlumat verir.
Qahirə, 17 mart, AZƏRTAC
İraq hökuməti ölkəyə məxsus neft tankerlərinin Hörmüz boğazı vasitəsilə keçidinə icazə verilməsi üçün İran tərəfi ilə danışıqlar aparır.
AZƏRTAC “əl-Şarq əl-Avsət” nəşrinə istinadla bildirir ki, bunu İraqın neft naziri Həyyan Əbdülğəni deyib.
Qeyd edək ki, İraq İran ətrafında hərbi əməliyyatların başlanmasından sonra Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) çərçivəsində hasilatını azaldan ilk ölkələrdən biri olub. Belə ki, ölkədə neft hasilatı əvvəlki 4,3 milyon barel səviyyəsindən təxminən gündəlik 1,2 milyon barelə qədər azalıb.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.