RU

Marsel Yuventus dan 50 milyon avro tələb edir

ain.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.

"Marsel"in futbolçusu Meyson Qrinvud karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Yuventus" ingiltərəli vingeri transfer etmək istəyir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Qrinvud A Seriyası nəhənginin yay üçün əsas hədəflərindən biridir. Fransa klubu 24 yaşlı oyunçu üçün ən azı 50 milyon avro təzminat tələb edir.

Qeyd edək ki, "Marsel" Meyson Qrinvudu 2024-cü ilin yayında "Mançester Yunayted"dən transfer edib. İngiltərə millisinin sabiq üzvü cari mövsümdə Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 38 rəsmi matçda 25 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
28
2
sportal.az

3Источники