RU

Qvardioladan Real öncəsi sərt mesaj Uğura inanmayan evində qalsın

ain.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Bu gün Çempionlar Liqasında 1/4 finalın ilk iştirakçıları bəlli olacaq. Günün ən maraqla gözlənilən oyunlarından biri Mançesterdə keçiriləcək. "Football-plus.az" xəbər verir ki, ''Mançester Siti'' ötən həftə Madriddə qeydə alınan 0:3-dən geri dönməyə çalışacaq. ''Şəhərlilər''in çalışdırıcısı Xosep Qvardiola oyunöncəsi mətbuat konfransında bir qədər sərt üslubda diqqətçəkən acıqlamalar verib. Maraqlıdı ki, oyundan bir gün öncə, yəni bazar ertəsi Qvardiola məşq keçirməyərək oyunçularına istirahət verib. O, bu məqama da aydınlıq gətirib:

''Komandamızda kimsə, mərhələni keçə biləcəyimizə inanmırsa, bu, onun öz problemidi. Bu oyunçuların heç biri uşaq deyil. Böyük insanlardı və yaxşı da pul qazanırlar. Uğura inanmayan oyuna gəlməsin və evində qalsın. Onsuz da itiriləsi bir şeyimiz qalmayıb. Ən azı geridönüşə cəhd etməliyik. Nəyəsə nail olmaq üçün əvvəldən sona qədər ideal oynamalıyıq. ''Real''ı təəccübləndirmək məqsədimiz yoxdu. Məqsədimiz qollar vurmaqdı. Hücumda yaxşı oynayıb fürsətlər yaxalamalıyıq. Amma müdafiəni də unutmamalıyıq. Təbii ki, ilk 20 dəqiqədə 3 qol vurmaq əla olardı. Amma reallıqda hər şey bu qədər asan deyil. İlk oyunun nəticəsi bizi çox çətin duruma salır. Oyundan bir gün öncə nə üçün məşq etmədik? Oyun günü bir balaca məşq edəcəyik. İndiki dönəmdə məşqlər o qədər də güclü effekt vermir. Bu mövsüm daha öncə də bir neçə dəfə futbolçulara oyundan bir gün öncə istirahət vermişəm. Dortmund ''Borussiya''sı və ''Fulhem'' ilə oyunlardan öncə də belə olmuşdu. Onsuz da bir-birimizi əla tanıyırıq. Bu addımın özünü doğruldub-doğrultmayacağını oyunda biləcəyik. Düşündüm ki, futbolçuların belə məqamda ailələrinin yanında olması daha yaxşıdı. Dünyada bütün oyunlarda qələbə qazanan komanda yoxdu. Bəzən oyun sənin üçün uğurlu, bəzən isə uğursuz alınır. ''Real''a qarşı daha öncə dəfələrlə yaxşı oyunlarımız olub. İdman belə qurulub ki, məğlubiyyətlər qələbələrdən daha çox olur. Amma bu, üzərində baş sındırılası mövzu deyil. Çünki dünyada indi bundan qat-qat vacib şeylər baş verir. ''Real'' ÇL-də 100 dəfə oynayıb və bunların 15-də qalib gəlib. Digər mövsümlərdə qalib gələ bilməyib. Yəni qələbədən qat-qat çox uduzub''.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
62
1
icma.az

2Источники