RU

Buxara karvansarasının əsaslı bərpa və konservasiya işlərindən sonra açılışı olub (FOTO)

Bakı. Trend:

Martın 17-də İçərişəhərdə XV əsrə aid ölkə əhəmiyyətli abidə -Buxara karvansarasının əsaslı bərpa və konservasiya işlərindənsonra təntənəli açılışı və burada fəaliyyət göstərəcək “BuxarArt”sənət məkanının təqdimatı keçirilib.

Trend xəbər verir ki, tədbirdə Heydər Əliyev Mərkəzinindirektoru Anar Ələkbərov, Alena Əliyeva, mədəniyyət nazirininmüavini Səadət Yusifova, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuİdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud, digər şəxslər,mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirakediblər.

Qədim ticarət magistralı üzərində ucaldılan və Mərkəzi asiyalıtacirlərin sığınacağına çevrilən bu möhtəşəm tikili AzərbaycanPrezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən həyatakeçirilən genişmiqyaslı layihə çərçivəsində hazırda öz əvvəlkiəzəmətinə qovuşub. Bərpa prosesi abidənin həm memarlıq, həm dəmühəndislik xüsusiyyətlərinin qorunması prinsipi ilə aparılıb.

Tədbirdə çıxış edən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuİdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud bildirib ki, həyatakeçirilən bərpa işləri tarixi irsin qorunması və gələcək nəsillərəötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə,yeni yaradılan “BuxarArt” sənət məkanı İçərişəhərin mədəni həyatınatöhfə verəcək.

Bərpaçı Erich Pumer çıxışında Buxara karvansarasının əsaslıtəmiri və möhkəmləndirilməsi prosesinin böyük həssaslıqla həyatakeçirildiyini deyib: “Görülən işlər zamanı abidənin orijinalmemarlıq üslubunun və tarixi xüsusiyyətlərinin qorunması əsasprioritet olub. Eyni zamanda, tikilinin uzunömürlü olması üçünmüasir mühəndislik həlləri də tətbiq edilib”.

Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov vurğulayıbki, bu məkan tarixən müxtəlif bölgələrdən gələn insanlarıngörüşdüyü, yeni ticarət əlaqələrinin qurulduğu və xalqlar arasındamünasibətlərin möhkəmləndiyi bir mərkəz kimi fəaliyyət göstərib. Obildirib ki, Buxara karvansarasının tarixi Özbəkistan və Azərbaycanxalqları arasında əsrlərə söykənən əlaqələrlə birbaşa bağlıdır.

Diplomat qeyd edib ki, tarixən Mərkəzi Asiyadan olan tacirlərBöyük İpək Yolu vasitəsilə regionlar arasında fəal şəkildə səyahətediblər. Bakı isə bu marşrut üzərində mühüm ticarət və mədəniyyətmərkəzlərindən biri olub.

Daha sonra qonaqlar abidənin yenilənmiş siması ilə yaxındantanış olublar.

Bərpa və konservasiya işləri “İçərişəhər” Dövlət Tarix-MemarlıqQoruğu İdarəsinin sifarişi ilə bu sahədə beynəlxalq təcrübəyə malikAvstriyanın məşhur “Atelier Erich Pummer GmbH” şirkəti tərəfindən3,5 il ərzində aparılıb. Qədim abidənin identikliyinin qorunmasıməqsədilə bərpa işləri zamanı orijinal hörgü üsullarına və autentikmateriallardan istifadəyə, həmçinin tarixi obyektin memarlıqdetallarına və konstruktiv xüsusiyyətlərinə xüsusi diqqətyetirilib. Abidənin tarixi görünüşünə xələl gətirməyən ən müasirtexnologiyalardan və materiallardan istifadə olunub. Karvansaranındivarları sonradan əlavə edilmiş yad qatlardan təmizlənib, daşlarınkonservasiyası aparılaraq binanın orijinal statik vəziyyəti bərpaedilib.

Yeni konsepsiyaya əsasən Buxara karvansarası yerli sənətkarlarınfəaliyyət göstərdiyi funksional və yaradıcı məkana transformasiyaolunub. Karvansaranın daxilində ümumilikdə 18 otaq yerləşir ki,onların hər biri müxtəlif sənət sahələrini təmsil edənsənətkarların istifadəsinə verilib. Hər bir otaqda fəaliyyətgöstərəcək sənətkarlar gündəlik olaraq öz əl işlərini hazırlayıbnümayiş etdirəcək, eyni zamanda həmin məhsulların satışını həyatakeçirəcəklər.

Bununla yanaşı, “BuxarArt” yerli və xarici ziyarətçilər üçüninteraktiv sənət məkanı kimi fəaliyyət göstərəcək. Sənətkarlarqonaqlar üçün müxtəlif ustad dərsləri təşkil edərək Azərbaycan xalqsənətinin incəliklərini praktiki şəkildə nümayiş etdirəcəklər.Burada toxuculuq, heykəltaraşlıq, dəriçilik, rəssamlıq, xalçaçılıq,dəmir döymə, miniatür sənəti, bədii keramika, ebru sənəti,keçəçilik və taxtaoyma kimi ənənəvi sənət sahələri təmsilolunur.

Buxara karvansarasının fəaliyyətə başlaması milli sənətkarlıqənənələrinin qorunması, sənətkarların yaradıcılıq imkanlarınıngenişləndirilməsi və Azərbaycanın zəngin mədəni irsinin həm yerli,həm də xarici qonaqlara daha yaxından təqdim edilməsi baxımındanmühüm əhəmiyyət kəsb edir. “BuxarArt” özünəməxsus memarlıq üslubuvə mistik atmosferi ilə həm yerli sakinlər, həm də paytaxtımızınqonaqları üçün ən cəlbedici mədəniyyət ocaqlarından birinəçevriləcək.

Buxara
Buxara
Buxara
Buxara
Buxara
Buxara
Buxara
Buxara
Buxara
Buxara
Buxara
Buxara
Buxara
Buxara
Buxara
Buxara
Buxara
Buxara
Buxara
Buxara
Buxara
Buxara
Избранный
44
21
az.trend.az

3Источники