ain.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Ukraynaya göstərdiyi hərbi və maliyyə yardımının ümumi məbləğinin 400 milyard dollara çatdığını bəyan edib.
“Qafqazinfo” “C-Span” portalına istinadən xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə İrlandiyanın Baş naziri ilə görüşü zamanı məlumat verib.
Tramp ABŞ-nin artıq Ukrayna üçün “bir qəpik də xərcləməyəcəyini” vurğulayaraq, Co Baydenin dövründə Kiyevə ayrılan vəsaitlərin xərclənməsinin ciddi şəkildə araşdırılmalı olduğunu bildirib:
“Bu münaqişə ABŞ-dən minlərlə mil uzaqda yerləşir, buna görə də Vaşinqtonun bu məsələdə Avropa İttifaqı ilə birgə işləməsinə ehtiyac yoxdur”.
Qeyd edək ki, digər tərəfdən, Rusiya rəhbərliyi Trampın hələ də Ukraynada sülh danışıqlarına maraq göstərdiyini bildirir. Kremlin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Tramp Volodimir Zelenskini razılığa gəlməyə çağırsa da, hazırda ABŞ-nin prioritetlərinin dəyişməsi səbəbindən danışıqlarda müvəqqəti fasilə yaranıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.