RU

Binəqədidə mebel sexindəki yanğın məhdudlaşdırılıb - Video /Yenilənib

Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə mebel sexində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tətəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində məhdudlaşdırılıb.Bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə Qərargahının rəis müavini Ruslan Pirəlizadə deyib.

Onun sözlərinə görə, yanğının digər bitişik obyektlərə yayılmasının qarşısının alınması istiqamətində FHN tərəfindən təxirəsalınmaz tədbirlər görülüb: "Hadisə yerində xəsarət alan olmayıb. Baş verən yanğın 540 kv. m. ərazini əhatə edib. Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir".

***

Bakının Binəqədi rayonu ərazisində mebel sexində baş vermiş yanğınla bağlı yolda hərəkət iştirakçılarının təhlükəsizliyi tam təmin olunur.Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, baş vermiş hadisə ilə əlaqədar Post-Patrul Xidməti və yol polisi əməkdaşları tərəfindən nəzarət tədbirləri gücləndirilib. Görülən zəruri tədbirlər nəticəsində yolda nəqliyyat vasitələrinin hərəkətində məhdudlaşma yoxdur.

***

DİN Mətbuat Xidmətindən bildirilib ki, paytaxtın Binəqədi rayonu, ərazisində mebel sexində baş vermiş yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar.

Hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, ərazinin nəzarətə götürülməsi, həmçinin yanğınsöndürmə qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə operativ tədbirlər görülür.

Həmçinin polis əməkdaşları tərəfindən avtomobil yolunda sıxlığın aradan qaldırılması və hərəkətin tənzimlənməsi məqsədilə zəruri işlər davam etdirilir.

****

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə mebel sexində yanğın baş verməsi barədə məlumat daxil olub.Bu barədə FHN-dən məlumat verilib.

Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb edilib.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Избранный
60
24
anews.az

10Источники