RU

Çempionlar Liqası: "Real Madrid", PSJ və "Arsenal" 1/4 finala yüksəldi – VİDEO

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 3 cavab oyunu keçirilib.

Bizim.Media xəbər verir ki, "Arsenal" evdə "Bayer"ə, PSJ səfərdə "Çelsi"yə, "Real Madrid" isə "Mançester Siti"yə qalib gəlib.

Bu nəticələrdən sonra "Arsenal", PSJ və "Real Madrid" 1/4 finala vəsiqə qazanıb.

Günün ilk matçında isə “Sportinq” öz meydanında “Budyo Qlimt”i 5:0 hesabı ilə məğlub edərək adını növbəti raunda yazdırıb.

UEFA Çempionlar Liqası

1/8 final mərhələsi

 

21:45. “Sportinq” – “Budyo Qlimt” – 5:0 (ilk oyun - 0:3)

00:00. “Arsenal” – “Bayer” - 2:0 (ilk oyun - 1:1)

00:00. “Çelsi” - PSJ – 0:3 (ilk oyun - 2:5)

00:00. “Mançester Siti” – “Real Madrid” - 1:2 (ilk oyun - 0:3).

Qeyd edək ki, Çempionlar Liqasında 1/8 finalın digər 4 cavab oyunu bu gecə keçiriləcək.