RU

"Real Madrid"in tarixində Arbeloa kimi məşqçi olmayıb - Rekord

"Real Madrid"in baş məşqçisi Alvaro Arbeloa Çempionlar Liqasının pley-off mərhələsində ilk dörd oyununda qələbə qazanıb.

Fanat.Az "Squawka"-ya istinadən xəbər verir ki, indiyə qədər İspaniya nəhənginin heç bir məşqçisi Çempionlar Liqasının pley-off mərhələsinə bu qədər uğurlu başlanğıc etməyib.

O, Joze Mourinyunu və Pep Qvardiolanı üstələyib. "Kral klubu" onun rəhbərliyi altında "Benfika" və "Mançester Siti"ni hər iki dueldə yenib. "Benfika" ilə qarşılaşmada Madrid komandası 1:0 və 2:1 hesabları ilə qalib gəlib. "Real" 1/8-də evdə "Siti"ni 3:0, səfərdə 2:1 hesabı ilə məğlub edib.

Arbeloa yanvarın 13-də işdən çıxarılan Xabi Alonsonun yerinə təyin olunub.
 

Избранный
69
2
fanat.az

3Источники