RU

Telefonlar da bahalaşacaq

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Son dövrlərdə regionda artan gərginlik və beynəlxalq logistika marşrutlarında yaranan risklər bazara təsirsiz ötüşmür. Xüsusilə Dubaydan Azərbaycana idxal olunan elektronika məhsullarının, o cümlədən mobil telefonların qiymətində mümkün dəyişikliklər müzakirə mövzusuna çevrilib. Daşınma xərclərinin artması və tədarük zəncirində yaranan gecikmələr idxal qiymətlərinə təsir göstərə bilər. Bu isə öz növbəsində yerli bazarda telefonların bahalaşması ehtimalını gündəmə gətirir. Mövcud vəziyyət fonunda bu risklərin nə dərəcədə real olduğu isə əsas suallardan biri olaraq qalır.Demokrat.az-a açıqlamasında iqtisadçı Rəşad Nəcəfzadə deyib ki, bu, ilk növbədə logistika zəncirində yaranan risklərlə bağlıdır:“Əgər daşınma marşrutlarında problem yaranarsa, malların ölkəyə çatdırılması çətinləşir və bu da xərcləri artırır. Adətən belə hallarda yükdaşıma qiymətləri yüksəlir və bu artım birbaşa məhsulun son satış qiymətinə təsir edir. Telefon kimi idxaldan asılı məhsullarda bu daha tez hiss olunur. Çünki yerli istehsal yoxdur və bazar tamamilə xaricdən gələn məhsullardan asılıdır. Gecikmələr də qiymətə təsir edən əsas amillərdəndir. Əgər məhsul vaxtında bazara çıxmazsa, təklif azalır və bu zaman qiymətlərin artması qaçılmaz olur. Bu, bazarın ən sadə qaydalarından biridir. Gərginlik xəbərləri yayılan kimi bəzi satıcılar əvvəlcədən qiymətləri qaldırmağa başlayır. Yəni bəzən real xərc artımından daha çox gözləntilər qiymətə təsir edir. Bu prosesin təsiri hər zaman kəskin olmur. Əgər problem qısa müddətli olarsa, qiymətlərdə ciddi dəyişiklik baş verməyə də bilər. Sadəcə müvəqqəti bahalaşma və ya dalğalanma müşahidə olunar. Əgər gərginlik uzun müddət davam edərsə, o zaman artıq idxal xərcləri davamlı şəkildə artar. Bu isə bazarda telefonların qiymətinin hiss olunacaq dərəcədə yüksəlməsinə səbəb ola bilər”.Leyla Turan

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
12
demokrat.az

1Источники