RU

"Afrika futboluna rüsvayçılıq gətirən bu ədalətsiz qərarı pisləyirik" - Seneqaldan bəyanat

style='margin-bottom:10px;'>

Seneqal Futbol Federasiyası (FSF) Afrika Futbol Konfederasiyasının (CAF) 2025-ci il Afrika Millətlər Kubokunun qalibi adının komandadan alması barədə qərarı ilə bağlı bəyanat yayıb.

QOL.az xəbər verir ki, bəyantda bildirilib ki, sözügedən qərarla bağlı İdman Arbitraj Məhkəməsinə apelyasiya şikayəti veriləcək.

Bəyanatda bildirilib: "Seneqal Futbol Federasiyası Afrika futboluna rüsvayçılıq gətirən bu ədalətsiz, misli görünməmiş və qəbuledilməz qərarı pisləyir. Öz hüquqlarını və Seneqal futbolunun maraqlarını qorumaq üçün federasiya ən qısa müddətdə  İdman Arbitraj Məhkəməsinə (CAS) apelyasiya şikayəti verəcək".

Seneqal tərəfinin CAF-ın qərarından sonra apelyasiya şikayəti vermək üçün 10 gün vaxtı var.

Xatırladaq ki, yanvarın 18-də keçirilən həlledici oyunun 98-ci dəqiqəsində hakim Brahim Diasa qarşı qayda pozuntusuna görə Mərakeşin xeyrinə penalti təyin edib. Bundan sonra Seneqal futbolçuları baş məşqçi Pap Tiawun göstərişi ilə meydanı tərk ediblər. Görüş 13 dəqiqəlik fasilədən sonra bərpa olunub və əsas vaxtda Seneqalın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Lakin Mərakeş tərəfi dərhal etiraz edərək nəticənin ləğvini tələb edib.

Избранный
64
2
teleqraf.com

3Источники