RU

“Güzəştli mənzil” sisteminə texniki dəstək üçün 1,8 milyon manat xərclənəcək - TENDER

"MİDA" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN – 1701953921) açıq tender elan edir.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin predmeti “Güzəştli mənzil” sisteminə 1 il ərzində texniki dəstək xidmətinin göstərilməsi, həmçinin İBM İnstana və Opswat lisenziyalarının 1 il müddətinə uzadılmasıdır. Ehtimal olunan qiymət 1 891 423 manat təşkil edir.

Təkliflərin son təqdim olunma vaxtı 28 aprel 2026-cı il, zərflərin açılışı isə həmin tarixdə həyata keçiriləcək.

İştirak haqqı 600 manat, istifadə haqqı isə 25 manat təşkil edir.

Əlaqələndirici şəxs: Mahmudova Nərmin Hüseynağa qızı - Baş mütəxəssis
[email protected]
+994 12 594 54 01 (252)

İddiaçıların tələb olunan sayı: 3

İddiaçılar təkliflərini 28 aprel 2026-cı il tarixinə qədər Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi 31 ünvanına təqdim edə bilərlər.

Избранный
99
fed.az

1Источники