RU

Xocalı prospektində yaşayış binasında baş verən yanğınla bağlı araşdırma başlanıb – YENİLƏNİB

Bakı, 18 mart, AZƏRTAC

Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən yaşayış binasında ötən gün baş vermiş yanğının səbəbləri araşdırılır.

Bu barədə AZƏRTAC-ın sorğusuna Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən verilən cavabda bildirilib.

Qeyd edək ki, martın 17-də FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb edilib. Yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

10:46

Bakı şəhəri, Xətai rayonu, Xocalı, 29 ünvanında ötən gün baş verən yanğın səbəbi ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunan şəxslərə zəruri tibbi xidmətlər göstərilib, müvafiq laborator müayinələr təyin edilib.

Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, vəziyyətləri qənaətbəxş qiymətləndirilən pasiyentlərin hər biri ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, martın 17-də saat 11:10-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Xətai rayonu, Xocalı, 29 ünvanından yanğın səbəbi ilə çağırış daxil olub. Çağırış ünvanına 4 təcili tibbi yardım briqadası cəlb edilib. Təcili tibbi yardım briqadası tərəfindən 8 nəfər (3 kişi, 5 qadın) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.

Müxbir - Günel Türksoy

Избранный
14
7
azertag.az

10Источники