RU

Bu il 12 mindən çox müəllimin səriştələrinin qiymətləndirilməsi prosesi tamamlanacaq – Nazir

Bakı. Trend:

İlk dəfə olaraq ötən il incəsənət məktəblərində çalışan 4 minmüəllimin bilik və bacarıqları obyektiv şəkildəqiymətləndirilib.

Trend xəbərverir ki, bunu mədəniyyət naziri Adil Kərimli Milli Məclisin Elm vətəhsil komitəsində keçirilən “İncəsənət məktəblərinin mövcudvəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai dinləmədədeyib.

Nazir bildirib ki, bu il daha 8 min müəllim attestasiyaprosesinə cəlb olunacaq. Artıq fevral ayından bu prosesəbaşlanılıb.

“Beləliklə, ölkə üzrə fəaliyyət göstərən 237 incəsənətməktəbində çalışan 12 mindən artıq müəllimin səriştələrininqiymətləndirilməsi prosesi bu il tamamlanmış olacaq.

Ötən il attestasiya prosesində iştirak edən təxminən 4 minmüəllimin 80 faizi bu mərhələni uğurla keçib.

Bu göstərici bir tərəfdən sistemdə mövcud olan sağlam pedaqojipotensialı, digər tərəfdən isə inkişaf tələb edən sahələri aydınşəkildə ortaya qoyub”, - deyə A.Kərimli qeyd edib.

Избранный
58
az.trend.az

1Источники