RU

Dünya belə xilas edildi: 10 nüvə bombası hazırlanırmış

ABŞ senatoru Lindsi Qrem İranla bağlı dəhşətli faktların üstünü açıb.

Publika.az xəbər verir ki, respublikaçı senator Lindsi Qrem "X" sosial şəbəkəsindəki hesabında 2025-ci ilin iyununda həyata keçirilən "Şimal çəkici" əməliyyatının pərdəarxası məqamlarını paylaşıb.

Senatorun sözlərinə görə, Prezident Donald Trampın əmri ilə reallaşan bu əməliyyat İranın azı 10 nüvə bombası hazırlamasının qarşısını alıb:

"Qısa müddət ərzində Prezident Tramp "Şimal çəkici" əməliyyatı ilə İranın ən azı 10 nüvə bombası istehsal etmək üçün kifayət qədər zənginləşdirilmiş uran əldə etməsinin qarşısını aldı. İran bu məqsədə illər ərzində deyil, həftələr ərzində nail oldu".

Qrem hazırkı müharibədə müttəfiqlərin roluna toxunaraq, xüsusilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) cəsarətini vurğulayıb. O bildirib ki, İranın əsas hücumları məhz BƏƏ-yə yönəlib, çünki BƏƏ bu müharibə zamanı İranın hücumunun əsas yükünü öz üzərinə götürüb, çünki orada Amerika hərbi bazaları və minlərlə Amerika əsgəri yerləşir

Избранный
26
2
publika.az

6Источники