RU

İrəvandan yayılan görüntü Türkiyədə narazılıq doğurdu – VİDEO

Ötən gün İrəvandan yayılan görüntülər sosial şəbəkələrin Türkiyə seqmentində birmənalı qarşılanmayıb. 

KONKRET.az globalinfoaz-a istinadən xəbər verir ki, İrəvanda Osmanlının keçmiş sədrəzəmi Tələ Paşanın erməni terrorçu Soqomon Tehliryan tərəfindən qətlə yetirilməsinin ildönümü qeyd olunub.

Belə ki, bir qrup şəxs Tehliryanın Tələt Paşanı öldürməsini əks etdirən poster hazırlayıb və onu paytaxtda yerləşən körpülərdən birinə asıb. Sözügedən görüntülər sosial şəbəkələrdə paylaşılıb və narazılıq doğurub.

Qeyd edək ki, Soqomon Tehliryan “erməni soyqırımı” iddiasının əsas təbliğatçılarından olub. O, 1921-ci ildə Berlində Tələt Paşanın hər kəsin gözü önündə güllələyərək qətlə yetirib. Daha sonra bunu “qisas” məqsədilə etdiyini bildirib.

Избранный
4
1
konkret.az

2Источники