RU

Gürcüstanın Katolikos-Patriarxı II İlyanın dəfn mərasimi keçiriləcək

Gürcüstanın Katolikos-Patriarxı II İlya vəfat edib.

Redaktor.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Gürcüstan Pravoslav Kilsəsinin Primatı 17 martda 93 yaşında dünyasını dəyişib. Gürcüstan Səhiyyə Nazirliyinin açıqlamasına görə, ölümün səbəbi çoxsaylı orqan çatışmazlığı olub.

Patriarxlığın ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Andria Yaqmaidze bildirib ki, bütün Gürcüstanın Katolikos-Patriarxı II İlya onun Tbilisidəki Sioni Katedralında dəfn edilməsi barədə əmr verib, lakin son qərar Müqəddəs Sinodun səlahiyyətindədir.

Yaqmaidze əlavə edib ki, Sinod yepiskopun dəfn mərasiminin tarixini və təfərrüatlarını müzakirə etmək üçün toplaşacaq. Müzakirələr başa çatdıqdan sonra patriarxın cənazəsi Tbilisidəki Müqəddəs Üçlük Katedralına aparılacaq.

Aminə ŞAHSUVARQIZI

Избранный
111
redaktor.az

1Источники