RU

Komitə sədri: Bu daş kiminsə başına düşməyibsə, deməli, hamı özündən razıdır

ain.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Attestasiyadan keçməyən müəllimlər Milli Məclisdə qəbula şikayətə gəlmişdilər.

Ölkə.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin “İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda bu gün təşkil etdiyi ictimai dinləmədə Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu bildirib.

“Biz burda millət vəkilləri olaraq insanları qəbul edir, onları dinləyirik. Lakin mən musiqiçi olaraq onlara sual verəndə görünürdü ki, attestasiya düzgün nəticələr verir. Bu attestasiya 5-7 ildən bir keçirilməlidir. Orta təhsil hamıda olmalıdır, bu bəllidir. Amma mədəiyyətlə bağlı olanda, insanlıqdan başqa, istedad olmalıdır. İstedad da hər uşaqda olmur. Təklif edirəm ki, necə ki, Azərbaycandan xaricə xüsusi təhsil almaq üçün gəncləri göndəririk, 3-5 ildən sonra yaxşı mütəxəssis ola biləcək uşaqları bizim rayonlardan da Bakıya oxumağa göndərsinlər”, - komitə sədri bildirib.

Bülbüloğlunun sözlərinə görə, istedadlı kara şərait yaratmaq lazımdırki, onlar da Azərbaycan mədəniyyətinə töhfə verə bilsinlər: "Bilirəm ki, bu nə qədər çətin işdir. Atamın bir söz hamı özündən. Mənim atam deyərdi ki göydən bir daş adılıb kim özündən narazıdırsa onun başına düşəcək. Əgər bu daş hələ heç kimin başına düşməyibsə deməli hamı özündən razıdır. Ona görə də kiməsə deyəsən ki, sənin istedadın az, səninki çoxdur. Bu çətin məsələdir. Məsələyə ciddi yanaşma göstərir ki, problemlər çoxdur".

Mürtəza

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
68
2
olke.az

3Источники