İsrail Beyrutda binaya zərbə endirib.
Redaktor.az xəbər verir ki, bu barədə TASS agentliyi Livan mülki müdafiə mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, İsrail qırıcı təyyarəsi Beyrutun mərkəzindəki Zuqaq əl-Blat məhəlləsindəki binaya hədəfli zərbə endirib. Mənbə bildirib ki, “raketlər çoxmərtəbəli binadakı bir mənzilə dəyib və yanğına səbəb olub”.
Mülki müdafiə mənbəsi əlavə edib ki, “İsrail ordusu hücum barədə xəbərdarlıq etməyib, ona görə də ölənlər və yaralananlar var; onların sayı dəqiqləşdirilir”.
Səhər tezdən İsrail Hərbi Hava Qüvvələri Zuqaq əl-Blat və Beyrutun Basta və Əl-Bəşura məhəllələrinə də zərbələr endirib. Livan Səhiyyə Nazirliyinin məlumatına görə, hadisələr nəticəsində 11 nəfər ölüb, 9 nəfər yaralanıb.
Aminə ŞAHSUVARQIZI