RU

Rusiya Kramatorskini vurub: yaralılar və dağıntılar var

ain.az, Reyting.az saytına istinadən bildirir.

Ris ordusu Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhərinə iki yüksək partlayıcıya malik aviasiya bombası (FAB) ataraq iki çoxmərtəbəli binaya və onlarla şəxsi evə ziyan vurub.

Reyting.az xəbər verir ki, bu barədə Kramatorsk şəhər hərbi administrasiyasının rəhbəri Aleksandr Qonçarenko “Facebook” sosial şəbəkəsində bildirib.

Onun sözlərinə görə, Rusiya qoşunları iki FAB-250-dən istifadə edərək özəl sektora və hündürmərtəbəli binaların yaşayış sahəsinə hücum edib. Atışma nəticəsində ikisi uşaq olmaqla 8 sakin yaralanıb.

V. QULİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
55
reyting.az

1Источники