RU

Rusiya ordusu Ukraynada daha bir kəndi işğal edib

Rusiya qoşunları Ukraynanın Donetsk vilayətinin Aleksandrovka şəhərini nəzarətə götürüb.

Missiya.Az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, kənd "Qərb" qüvvələrinin bölmələrinin fəal hücumları nəticəsində ələ keçirilib.

Qeyd olunub ki, bundan əlavə Rusiya ordusu Donetskdəki Yatskovka və Krasnıy Liman yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin dörd briqadası və iki batalyonunun, eləcə də iki ərazi müdafiə briqadasının şəxsi heyətini və texnikasını məğlub ediblər.

Daşqın HəsənovMissiya.Az

Избранный
42
missiya.az

1Источники