RU

“Qayınanam 8 aylıq qızımı təhqir etdi, bıçaqlamağa məcbur qaldım”

Astaranın Kotalan kəndində qayınanasını öldürməkdə ittiham olunan 22 yaşlı gəlinin məhkəmə araşdırması başa çatıb.

Publika.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, iki azyaşlı uşaq anası Ruhanə İmanova ittihamı yüngülləşdirilməklə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Məlum olub ki, ölümlə nəticələnən bu ağır cinayət hadisəsi müalicə məqsədilə dişə taxılan breketə görə baş verib. Gəlinin dişlərinə həmin cihazı taxdırması 55 yaşlı qayınanası Xalidə Manafovanın xoşuna gəlməyib. Bu mövzuda başlayan mübahisə nəticəsində Rufanə qayınanasını bir neçə dəfə bıçaqlayaraq qətlə yetirib.

Ruhanə məhkəmədə özünü təqsirli bilib, əməlindən peşman olduğunu deyib. Amma bu cinayəti birdən-birə, səbəbsiz törətmədiyini iddia edib. Gəlin qayınanası ilə bir evdə yaşadıqlarını hakimlərin qarşısında təsvir edib: “4 ildir evliyəm, elə 4 ildir qayınanamla münasibətimiz pis olub. Bu söz-söhbətlərə görə dəfələrlə həyat yoldaşımla kirayə evə çıxmaq istəmişik. Amma imkan olmadığı üçün bu məsələ də alınmayıb. Həyat yoldaşım hər dəfə anasını yola verməyimi xahiş edirdi. Lakin artıq dözülməz idi. Təsəvvür edin, hamama girirdim, qayınanam mənə 5 dəqiqə vaxt verirdi. Rahat yemək yeməyə imkan vermirdi. Mənə gözəllik salonuna getməyə icazə vermirdi, hətta evdən çölə çıxmağıma qarşı idi. Sonuncu dəfə də dişlərimə breket taxdırdığım üçün üstümə gəlməyə başladı. Ərim icazə versə də, qayınanam razı olmadı. Elə bu söhbət vaxtı üstümə hücum çəkdi, 8 aylıq qızıma qarşı nalayiq sözlər işlətdi. Ən çox da körpəmə qarşı təhqirləri məni əsəbiləşdirdi, onu bıçaqlamağa məcbur qaldım. Ancaq çox peşmanam. Ən əsası uşaqlarımın ana qayğısına ehtiyacı var. Nə yeyib-içdiklərini bilmirəm”.

Избранный
43
6
publika.az

7Источники