RU

Paşinyandan müstəqillik “izahı”

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin “Real Ermənistan” ideologiyasında yer alan müstəqillik anlayışını izah etməyə çalışıb.

Musavat.com xəbər verir ki, Paşinyan “Facebook” üzərindən canlı yayımda çıxış edərək “Real Ermənistan” ideologiyasında yer alan ifadəyə aydınlıq gətirib.

Nikol Paşinyan bildirib ki, bu ideologiyada tez-tez istifadə olunan “müstəqillik az adamdan asılılığın çoxlarından asılılıqla əvəz olunmasıdır” fikri düzgün başa düşülməlidir.

Onun sözlərinə görə, bir nəfərdən asılı olmaq əslində müstəqillik demək deyil.

“Əgər siz bir nəfərdən asılısınızsa, müstəqil deyilsiniz. Əgər siz çox adamdan asılısınızsa, faktiki olaraq heç kimdən asılı olmursunuz. Məhz buna görə deyirik ki, müstəqillik az sayda şəxsdən asılılığın çoxlarından asılılıqla əvəz olunmasıdır”, – deyə Ermənistan baş naziri bildirib.

Musavat.com

Избранный
41
musavat.com

1Источники