RU

Cavanşir Paşazadə: “Əvvəllər insanlar dilənçilərə nəzir verirdilər, amma indi küçələrdə dilənənlərin olması düzgün deyil, qarşısı alınmalıdır”

“Şəhərdə və digər yerlərdə bir neçə növ dilənçilər var. Həmişə mətbuata açıqlamamızda buna münasibət bildirmişik. Məktəbdən uşaqları yayındırıb, dinləndirənlər, imkanı ola-ola dilənçiliyi özünə peşə kimi qəbul edənlər var. Başqa yerlərdən ailə kimi gəlirlər, heç tanınmırlar, kim olduqları da bilinmir. Adlarını "çiqan" qoyurlar. Bu da şəhərdə turistləri, gəlib-gedənləri narahat edir. Düzgün deyil və qarşısı alınmalıdır. Dövlət şəhərdə səliqə-sahman, vətəndaşlarımız, eləcə də turistlər üçün gözəl şərait yaradıb. Dilənçilik isə bəzi yerlərdə çox qabardılır, ziyan gətirir. Mən də istərdim ki, bu məsələyə diqqət yetirilsin”ə

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.

 

Deputat bildirib ki, dilənçiləri kateqoriyalara ayırmaq olmaz: “Kateqoriyalara ayırmaq olmaz ki, bunun imkanı var, dilənməsin, digərinin imkanı yoxdur, dilənə bilər. Ümumiyyətlə, belə bir peşə yoxdur. Təbii ki, iş yerləri olmalıdır, imkanı olmayanlar da işlə təmin edilməlidirlər. Lakin dilənçilər işləmək istəmirlər, bunu özlərinə peşə kimi seçiblər. Əlbəttə, bəzən dilənçilərin arasında, doğrudan da, imkansız qadınlar olur. Həmin bölgənin polisi buna nəzarət etməlidir. Bayram günlərində fitrə çıxaranlar var. Bu sədəqələri həmin dilənçilərə vermək olar. Hələ Sovet dövründə də insanlar nəzir verirdilər. Küçədə verdiyimiz nəzir-niyaz o qədərdir ki... Ehtiyacı olan insanları onsuz da yaşadıqları məhəllədə, ərazidə hər kəs tanıyır, yardım göstərir. Camaat belə şeyə çox həssasdır. Bu cür ehtiyaclı adamlara dəstək vermək olar, lakin küçələrdə dilənçilərin olması düzgün deyil”.

 

Aytəkin Qardaşova

Tarix: 18 Mart 2026, 14:10   
Избранный
80
1
pravda.az

2Источники