RU

Avropadan ABŞ-yə şərt: Ukrayna üçün yardım et, İranda dəstək al!

Finlandiya prezidenti Aleksandr Stubb ABŞ və Avropa arasında mümkün “mübadilə” variantından danışıb.

Musavat.com xəbər verir ki, bu barədə “Politico” saytı məlumat yayıb.

Nəşrin yazdığına görə, Finlandiya prezidenti Aleksandr Stubb Londonda “Chatham House” analitik mərkəzində keçirilən sual-cavab sessiyasında ABŞ və Avropa arasında mümkün siyasi razılaşma ideyasına müsbət yanaşıb.

Sessiya iştirakçılarından biri belə bir ehtimal irəli sürüb ki, Avropa ölkələri İranda ABŞ-yə kömək edə bilər, əgər Vaşinqton da öz növbəsində Ukraynada Avropaya dəstəyini gücləndirsə.

Stubb bu ideyaya müsbət reaksiya verib.

“Məncə, bu, yaxşı fikirdir”, – deyə Finlandiya prezidenti bildirib.

O əlavə edib ki, bu təklif üzərində düşünəcək və mümkün variantları komandası ilə müzakirə edəcək.

Stubb eyni zamanda Rusiya–Ukrayna danışıqlarının yaxınlaşan kulminasiya mərhələsinin onu narahat etdiyini bildirib. Onun sözlərinə görə, belə bir mərhələdə Kiyevə Ukraynanın bəzi ərazilərini Rusiyaya vermək kimi şərtlər irəli sürülə bilər.

Digər ehtimala görə isə danışıqlar ümumiyyətlə uğursuz ola bilər və bu halda Avropa ABŞ-ın dəstəyi olmadan çətin vəziyyətdə qalacaq.

Finlandiya prezidentinin sözlərinə görə, belə bir ssenari baş verərsə, Avropa ölkələri Ukraynaya silah və kəşfiyyat məlumatları da daxil olmaqla daha geniş yardım göstərmək məcburiyyətində qala bilər.

Musavat.com

Избранный
50
musavat.com

1Источники