RU

Pentaqon İranın “Şahed-136” modelinə bənzər dronları kütləvi istehsalEDƏCƏK

Pentaqon İranın “Şahed-136” modelinə bənzər dronları kütləvi istehsal edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

ABŞ Müdafiə Nazirliyinin tədqiqat və mühəndislik üzrə müdafiə katibinin müavini Emil Maykl Vaşinqtonda keçirilən müdafiə sənayesi konfransında bildirib ki, Pentaqon İranın “Şahed-136” kamikadze dronundan hazırlanmış LUCAS dronlarını kütləvi şəkildə istehsal etməyi planlaşdırır.

Onun sözlərinə görə, məqsəd bu dronları ABŞ-də geniş miqyasda istehsal etmək və onları raket atma qabiliyyəti ilə təchiz etməkdir. Maykl dronları “arsenalda faydalı bir vasitə” adlandırıb.

Qeyd olunur ki, LUCAS (Ucuz Qiymətli Ekipajsız Döyüş Hücum Sistemi) İranın “Şahed-136” sursatının analoqu hesab olunur. Bu tip dronların çəkisi 600 kq-a qədərdir və təxminən 2,5x3 metr ölçüdə delta qanad quruluşuna malikdir.

Agentliyin məlumatına görə, Pentaqon artıq bu cür dronların ABŞ-nin İrana qarşı kampaniyasında istifadə edildiyini təsdiqləyib və sistem münaqişədə əvəzolunmaz hesab olunur.

Aminə ŞAHSUVARQIZI

Избранный
32
1
redaktor.az

2Источники