RU

Rusiya rəsmiləri messenger üçün ayrıca telefonlar alırlar

Rusiya rəsmiləri, parlament üzvləri və dövlət şirkətlərinin rəhbərləri milli “Max messencer” tətbiqini quraşdırmaq üçün ayrıca telefonlar və SIM kartlardan istifadə etməyə başlayıblar.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, mənbələrə görə, bu cihazlar yalnız rəsmi rabitə üçün istifadə olunur.

Bildirilir ki, hökumət və dövlət şirkətlərindəki istifadəçilər Max-da öz nömrələrindən istifadə edərək qeydiyyatdan keçirlər, lakin ayrıca smartfonlar alırlar. Onlar kontaktları ötürmürlər və bu cihazlardan yalnız həmkarları ilə ünsiyyət qurmaq üçün istifadə edirlər.

Hökumətə yaxın bir mənbə bildirib: "Hamı düşünür ki, Max-ı telefonunuza quraşdırmaq onu FTX-yə təqdim etməklə eyni şeydir".

Lakin bir çoxları Telegram-dan tamamilə imtina etməyə hazır deyillər. Federal agentliklərdən birindəki mənbəyə görə, rəsmilər bu messencerdə ünsiyyət qurmağa davam edirlər və məhdudiyyətləri aşmağa ümid bəsləyirlər.

Məlumatlı mənbələrin dediyinə görə, Mariya Zaxarova, Andrey Belousov və Anton Siluanov artıq Max-da qeydiyyatdan keçiblər. Prezidentin mətbuat katibi Dmitri Peskov hələlik xidmətdə hesab yaratmayıb.

Musavat.com

Избранный
51
musavat.com

1Источники