RU

Norveç və Böyük Britaniya birgə yeni desant qayıqları alacaqlar

Norveç və Böyük Britaniya sahil əməliyyatları üçün 30-a qədər yeni hücum gəmisinin birgə alınmasını nəzərdən keçirirlər.

Herbiand.az-ın məlumatına görə, iki ölkənin hərbçiləri hesab edirlər ki, bu təşəbbüs Şimali Atlantika və Şimal bölgələrinin çətin dəniz bölgələrində qarşılıqlı fəaliyyəti gücləndirəcək.

Məlumata görə, Joint Commando Craft proqramı çərçivəsində tərəflər personal və avadanlıqları daşıya, sahilə endirə və çətin şəraitdə sahil ərazilərindən götürə bilən 30-a qədər yeni qayıq əldə etməyi düşünürlər.

Yeni qayıqların uzunluğunun 24 metrə qədər olacağı gözlənilir.

Norveçdə bu qayıqlar Sahil Döyüş Komandanlığı, Böyük Britaniyada isə Kral Dəniz Piyadalarının xüsusi təyinatlıları tərəfindən istifadə ediləcək.

Bəxtiyar CƏFƏRLİ

Избранный
74
herbiand.az

1Источники