RU

Əri üçün kədərlənib kitab yazan qadın onu özü ÖLDÜRÜB – Ömürlük HƏBS OLUNACAQ

Ərinin ölümündən təsirlənib kitab yazan qadının onu elə özünün öldürdüyü məlum olub.

İnterpress.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.

Amerikalı Kouri Riçins ərinin ölümü ilə bağlı kədərdən bəhs edən məşhur uşaq kitabı yazsa da, öz ərini öldürməkdə təqsirli bilinib.

Prokurorluq sübut edib ki, o, 2022-ci ilin mart ayında ərinin kokteylinə beşqat ölümcül dozada sintetik opioid qatıb.

Hadisədən bir il sonra qadın uşaqlara yaxın birinin itkisini adlatmağa kömək etmək məqsədilə “Sən mənimləsən?” adlı kitab nəşr etdirib.

Kitabın annotasiyasında bunun “özü belə bir kədər yaşamış sevən bir anadan işıqlı bir hekayə” olduğu bildirilirdi.

Məlumata görə, Kouri özünü fədakar kimi göstərməyə çalışsa da, əslində ərini pul və sevgilisi üçün öldürüb.

Onun 4,5 milyon dollar (təxminən 7 milyon 650 min manat) borcu var idi və 4 milyon dollar (təxminən 6 milyon 800 min manat) miras alaraq digər kişi ilə rahat yaşayacağını düşünürdü.

Müstəntiqlər həmçinin müəyyən ediblər ki, bu, qadının ilk cəhdi olmayıb.

Həmin ilin 14 fevralında o, həyat yoldaşına tərkibində fentanil olan sendviç yedizdirib, lakin kişi o zaman sadəcə huşunu itirərək sağ qalıb.

Əlavə olaraq bildirilir ki, qadına qarşı yekun hökm mayın 13-də – mərhum ərinin 44 yaşının tamam olacağı gün oxunacaq. İndi yazıçını 25 ildən ömürlük həbsə qədər cəza gözləyir.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
129
interpress.az

1Источники