RU

Müasir “Arşın mal alan” Vyanada təqdim olundu VİDEO

ain.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2025-ci ilin payızında Vyana şəhərində Azərbaycan musiqi mədəniyyətinin incilərindən biri dahi bəstəkar Üzeyir Hacıbəylinin Arşın mal alan əsəri yeni və müasir bir təqdimatda səhnələşdirilib.

Modern.az xəbər verir ki, dahi bəstəkar Üzeyir Hacıbəylinin bu məşhur operettası bu dəfə Avstriya sənətçiləri tərəfindən müzikl formatında hazırlanaraq tamaşaçılara təqdim olunub.

Tamaşa Alman və Azərbaycan dillərində səsləndirilməsi ilə seçilib və bu xüsusiyyət onun daha geniş auditoriya tərəfindən anlaşılmasına şərait yaradıb. Səhnə quruluşu, musiqi tərtibatı və aktyor oyunu izləyicilər tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb. Bu layihə Azərbaycan mədəniyyətinin Avropada tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Bu uğurlu təşəbbüs Azərbaycanın Avstriyadakı Mədəniyyət Mərkəzi tərəfindən hazırlanmışdır.

Sözügedən tamaşadan parçalar 2026-cı ilin Novruz bayramı ərəfəsində yenidən mədəniyyət mərkəzində nümayiş etdirilib. Tamaşadan təqdim  edilən parcalar tamaşaçıların böyük marağına səbəb olubdur. Mərkəzin fəaliyyəti çərçivəsində milli irsimizin təbliği istiqamətində mühüm layihələr davamlı olaraq reallaşdırılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
13
2
modern.az

3Источники