İsrail qırıcı təyyarələrinin Buşehr vilayəti ərazisində yerləşən İranın qaz obyektlərini vurduğu bildirilir.
BAKU.WS xəbər verir ki, bu barədə "Əl-Cəzirə" məlumat yayıb.
Bundan əvvəl İranın dövlət mediası ölkənin dənizdə yerləşən "South Pars" qaz yatağı ilə əlaqəli təbii qaz infrastrukturlarına hücum edildiyini açıqlamışdı.